Magistraturaya ixtisas seçimi başa çatdı

Magistraturaya ixtisas seçimi başa çatdı
  23 İyun 2020    Oxunub:3340
2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına proqram və ixtisaslaşma seçimi başa çatıb.
Azvision.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ümumilikdə təsdiq edilmiş ərizlərin sayı 11380 olub. Onlardan 10549-u Azərbaycan, 831-i rus bölməsidir.

Qeyd edək ki, 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçiminə iyunun 8-dən başlanılıb.

Proqram və ixtisaslaşma seçiminə magistraturaya 23 fevral 2020-ci il tarixində keçirilmiş qəbul imtahanının (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılıblar.

Azvision.az


Teqlər: Magistratura  





Xəbər lenti