Qazprom zəifləyir

Qazprom zəifləyir
  15 Yanvar 2014    Oxunub:1292
Rusiyanın “Novoya qazeta” nəşri Rusiyanın qaz nəhənginin üzləşdiyi çətinliklərdən yazıb.
“Qazprom”un nəyin bahasına olursa olsun, “Cənub axını” layihəsini yekunlaşdırmaq istəyi aydındır.

Rusiyadan Cənubi Avropaya uzanacaq qaz kəmərinin çəkilişnin texnika baxımdan çətin və böyük maliyyə tələb etdiyi isə şübhə doğurmur. “Qazprom” rəhbərliyin fikrincə, “Cəbun axını” Avropanın enerji təhlükəsizliyini möhkəmləndirməyə yönəlib. Sirr deyil ki, ilk olaraq “Qazprom” “Cənub axını”nın dənizdən və qurudan keçəcək hissələrinin tikilməsi üçün 16 milyard dollar xərclənəcəyini bildirmişdi.

Onsuz da layihənin hədsiz dərəcədə bahalı olması ilə bağlı tənqidlər eşidən “Qazprom” sonradan proyektin 29 milyard, bir qədər sonra isə 34 milyard dollara çatıb. Ehtimal olunur ki, transbalkan magistral xəttinin tikintisində “Qazproma” onun tərəfdaşları da yardım göstərəcək.

Lakin indi bu məsələ də sual altına alına bilər. Bütün məsələ bundadır ki, Avropa komissiyası yaxınlarda “Cənub axını”nın energetika sahəsində Avropa qaydalarına tabe olmayacağı təqdirdə Avropa İttifaqında fəaliyyətinə icazə verilməyəcəyini bəyan etmişdi. Xarici mətbuat bu razılaşmanın bir neçə ilə əldə olunacağını xəbər verir.

Mümkün ki, bunun Brüssel tərəfindən alternativ layihələri irəli çəkmək üçün vaxt uzatmaq siyasəti kimi də qəbul etmək olar. Bakıda “Şahdəniz-2” qaz yatağının istismarı çərçivəsində müqavilənin imzalanması da buna sübutdur. Xəzər qazı Avropaya Gürcüstan, Türkiyə və Yunanıstan vasitəsilə çatdırılacaq.

Azərbaycan qazını istismar edəcək və Rusiyanın “Lukoyl” şirkətinin də daxil olduğu beynəlxalq konsorsiumun gələcəkdə İtaliya və Yunanıstana da qaz kəməri çəkmək niyyəti var. Aydınrdır ki, bu müqavilənin reallığa çevrilməsi Avropa Birliyinin digər favoriti olan “Nabukko” proyektinin şansını heçə endirəcək. Amma o da aydındır ki, “Qazprom”un yeni rəqibi ortaya çıxıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti