Tarakanların 49 milyon yaşı var

Tarakanların 49 milyon yaşı var
  15 Yanvar 2014    Oxunub:3024
Ekspertlər tarakanın vətəninin Kolorado ştatı olduğunu müəyyən ediblər.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, beynəlxalq ekspertlər insanlarda ikrah hissi oyadan tarakan həşəratının vətəninin əslində Amerika Birləşmiş Ştatlarının Kolorado ştatı olduğunu müəyyən ediblər.

Sonradan bu həşəratlar Avropaya da gətirilib və qitədə geniş yayılıblar. Alimlərin apardığı bir sıra tədqiqatlar və sonradan keçirilən unikal analizlər bu həşəratın ilk nümayəndələrinin 49 milyon il bundan əvvəl Yerdə peyda olduğunu göstərib.

Ümumilikdə, 20-dən artıq tarakan növünün mənşəyi müəyyən olunub. Lakin bundan əvvəl aparılan araşdırmalar zamanı alimlər ilk həşəratların Avropa və Afrika qitələrində ilk dəfə 44 milyon il əvvəl rast gəlindiyini və sonradan Amerikaya yayıldığını iddia edirdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti