Jerar Depardye aviaşirkət açıb

Jerar Depardye aviaşirkət açıb
  15 Yanvar 2014    Oxunub:1279
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, fransız mənşəli aktyor, hazırda isə Rusiya vətəndaşı olan Jerar Depardye özəl aviaşirkət təsis edib.

Şirkətin hava donanmasında yalnız bir- aktyora məxsus biznes-klass samalyot var. Mətbuatın verdiyi məlumata görə Belçikanın Estampyui kommunasında qeydiyyatdan keçən aviaşirkət Depardye tərəfindən Siran Eyr (Cyran R) adlandırılıb. Bu addımı aktyor vaxtı ilə eyniadlı filmdə obrazını canlandırdığı Sirano de Berjerakın şərəfinə seçib. O gələcəkdə şirkətin təyyarəsini özü istifadə etmədiyi hallarda icarəyə verməyi planlaşdırır.

Yaxınlarda Depardye “Kojimmo” (Cogimmo) adlı əmlak agentliyini də yaratmağa hazırlaşır. Bundan başqa Belçikanın Turne şəhərində aktyor restoran açmaq planları ilə də jurnalistlərlə bölüşüb.

Qeyd olunur ki, Parisdə bir neçə restoranı, Fransa və Belçikanın müxtəlif bölgələrində isə üzümçülük sahələri olan Jerar Depardye aktyorluq fəaliyyətindən sıxıldığını və vaxtını səyahətlərə sərf etmək istədiyini bildirmişdi. Gələcək planlarından danışan məşhur aktyor “artıq xeyli müddətdir ki, dolanmaq üçün pul qazanmağa ehtiyacı olmadığı” bildirmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti