Jirinovskidən gecə klubları ilə bağlı çağırış

Jirinovskidən gecə klubları ilə bağlı çağırış
  15 Yanvar 2014    Oxunub:1019
Rusiya Liberal Demokrat partiyasının sədri Vladimir Jirinovski ölkə vətəndaşlarını gecə klublarına getməməyə çağırıb. “İnsanlar niyə yatmaq istəmirlər? Bu ki, sağlamlığın pozulmasıdır. Bizə işıq, Günəş lazımdır” –deyə partiya sədri bildirib.

- Mən demirəm ki, hər şeyi bağlayaq. Lakin tendensiya gecə klublarının azalmasına doğru getməlidir-deyə Jirinovski jurnalistlərə açıqlayıb.- İnsanlar gecələr siqaret tüstüsü bürünmüş barlarda gəzişir, səhər isə yatırlar. Bu, normal deyil, biz təbiətə qarşı çıxırıq”.

Bununla belə siyasətçi gecə klublarına və barlara qarşı çıxmadığını, sadəcə olaraq qeyri-sağlam həyat tərzinə qarşı olduğunu xatırladıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti