Magistraturaya qəbulun nəticələri açıqlandı
İmtahan nəticələri yaxın vaxtlarda DİM-in saytına yerləşdiriləcək.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar 2020-ci il iyulun 6-dan 15-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.
Boş qalan plan yerlərinə qəbulun vaxtı elan olunacaq.
Azvision.az
Teqlər: DİM Magistratura Qəbul