1200-dən çox avropalı Suriyada vuruşur
1200-dən çox gənc AB vətəndaşları ekstremistlər Suriya, Sudan və Somalidə üsyançılar tərəfindən müharibədə iştirak edir. AzVision.az RT-yəistinadən xəbər verir ki, bunu bu gün Brüsseldə mətbuat konfransında Daxili İşlər üzrə Avropa Birliyinin komissarı Sesiliya Malmstrem qeyd edib. Qadın siyasətçi 20 milyon avroya ekstremizmlə mübarizə üçün Avropa Mərkəzi yaratmaq təklifin edib.
" Ekstremist təşkilatlar tərəfindən qəbul edilən avropalı vətəndaşların sayı artır. Rəsmi statistikaya görə , 1200-dən çox adam evlərini, yurd-yuvalarını tərk edərək Suriya, Sudan və Somali kimi ölkələrdə quldurlar tərəfində mübarizə aparır. Təəssüf ki, biz bu rəqəmin daha yüksək olduğunu bilirk” – deyə Avropa komissarının sözlərini İTAR-TASS agentliyi sitat gətirir.
Avropa komissarının sözlərinə görə, Aİ rəsmiləri bu problemə kifayət qədər diqqət göstərmir. " Avropa ölkələri hələ də bu artan təhlükəyə çox zəif müdaxilə edir. Mən hər kəsi problemlə daha ciddi yanaşmaya dəvət edirəm. AB rəhbərliyi bu problemlə ailə, məktəblər, şəhərlər və ölkələr səviyyəsində mübarizə aparmalıdır", - deyə Malmstrem bildirib.
O, 2015-ci ildə ekstremizmə qarşı mübarizə üzrə Avropa Bilik Mərkəzi yaradılmasının planlaşdırıldığından danışıb. "Bu ideya Aİ hökumətləri tərəfindən qəbul edilərsə, Avropa Komissiyası mərkəzin yaradılması üçün 20 milyon avro ayıracaq" – deyə komissar xəbər verib.
Avropada vəhabilər
İslam radikalları fəal şəkildə Suriyada ABŞ və Avropa İttifaqı vətəndaşlarını müharibəyə cəlb edir. 2013-cü ilin sonuna olan məlumata görə, Suriyada 11 mindən çox quldurluq edən əcnəbidən hər beşi Qərbi Avropadandır.
Londonun Kral Kollecində yaradılan Radikallaşmanın Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin məlumatına görə 2013-cü ilin aprelindən Suriyada müharibə edən avropalıların sayı üç dəfə çoxalıb. Bundan əlavə bildirilib ki, münaqişədə iştrak edən 10 min əcnəbi, ümumilikdə 70 ölkənin vətəndaşıdır. Onların 18 faizi - Qərbi Avropadan olamaqla, ən çox Fransa, Böyük Britaniya və Almaniya vətəndaşlarıdır.
Böyük Britaniyada insanları münaqişəyə cəlb edənlər, illərdir ölkədə yaşayan radikal İslam xadimləridir. 2013-cü ilin noyabr ayında İngilis qəzetləri Anjem Çudari kimi tanınan bədnam xadimin 400-dən çox AB vətəndaşının Suriyaya göndərdiyi haqqında informasiya dərc etmişdi.
Qeyd edək ki, hazırda Çudari azadlıqdadır.