Robben yenidən futbola qayıdır

  27 İyun 2020    Oxunub : 4476
Robben yenidən futbola qayıdır
Niderland millisinin keçmiş futbolçusu Aryen Robben yenidən yaşıl meydanlara qayıdır.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Robben açıqlamasında bildirib. 36 yaşlı yarımmüdafiəçi ilk klubu olan "Qroningen"də çıxış edəcəyini deyib.

Qeyd edək ki, “Bavariya”, “Çelsi” və “Real” klublarında forma geyinmiş Aryen Robben ötən il karyerasını başa vurmuşdu.

Robben indiyədək müxtəlif klubların heyətində çıxış edərək 29 titul qazanıb. O, Niderland millisində 96 oyun keçirib və 37 qol vurub.

Azvision.az

Teqlər: AryenRobben