Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı İƏT ölkələri

Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı İƏT ölkələri
  28 İyun 2020    Oxunub:6230
Cari ilin yanvar-may aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr Türkiyə, Tunis və İran olub.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsi 1 milyard 863,7 milyon ABŞ dolları, Tunislə 144,4 milyon dollar, İranla isə 129,3 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ilin müvafiq dövrünə nisbətən Tunis və Türkiyə ilə ticarət dövriyyəsi artıb, İran ilə azalıb.

Azvision.az


Teqlər: Gömrük   İƏT  





Xəbər lenti