“Eurovision-2014” ə akkreditasiya başlayır

“Eurovision-2014” ə akkreditasiya başlayır
  16 Yanvar 2014    Oxunub:1591
Yanvarın 21-dən “Eurovision-2014” mahnı müsabiqəsinə akkreditasiya başlanacaq.
AzVision.az “Eurovision-2014” mahnı müsabiqəsinin rəsmi saytına istinadla xəbər verir ki, akkreditasiya “Eurovision Family Accreditation System” vasitəsilə həyata keçiriləcək.

Yanvarın 21-də Mərkəzi Avropa vaxtı ilə saat 12:00-dan başlanacaq akkreditasiya aprelin 11-dək davam edəcək.

Danimarkanın Kopenhagen şəhərində “Bizə qoşulun!” şüarı altında keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq surətdə mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da olacaq.


Teqlər:





Xəbər lenti