Yeni tədris ilində bəzi dərsliklər təkmilləşdiriləcək

Yeni tədris ilində bəzi dərsliklər təkmilləşdiriləcək
  29 İyun 2020    Oxunub:2850
2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrinin birinci, beşinci və doqquzuncu sinif şagirdləri üçün dərsliklər yenidən təkmilləşdirilərək hazırlanacaq.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bəzi dərsliklərin də tərtibatı dəyişdiriləcək. Birinci siniflər üzrə Azərbaycan dili və Riyaziyyat dərslikləri bu il ilk dəfə olaraq iki hissəli nəşr ediləcək.

Dərsliyin birinci hissəsi tədris ilinin birinci yarısını, ikinci hissəsi isə tədris ilinin ikinci yarısını əhatə edəcək.

Azvision.az



Teqlər: Təhsil   Məktəb  





Xəbər lenti