Sabiq nazirləri həbsə aparan gizli DOSYE

Sabiq nazirləri həbsə aparan gizli DOSYE
  16 Yanvar 2014    Oxunub:1145
Türkliyədəki rüşvət olayının ilginc təfərrüatları

Türkiyədə məlum rüşvət olaylarından sonra istefa verən sabiq 4 nazirin toxunulmaz hüquqlarından məhrum edilərək cinayət məsuliyyətlərinə cəlb olunması haqqında dosyenin təfərrüatları məlum olub.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, dosye 27 bölmə və 504 səhifədən ibarətdir. Keçmiş nazirlər, Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkilləri Zəfər Çağlayan, Müəmmər Gülər, Egemen Bağışla bağlı detallar bir yerdə, Ərdoğan Bayraktara aid olan materiallar isə digər hissədə yer alıb.

Dosyedə sabiq nazirlər haqqında olan materiallar:

Zəfər Çağlayan: 28 dəfə ümumi miqdarı 52 milyon dollar məbləğində rüşvət alıb, bu işləri görmək üçün təşkilat qurmaq, saxta sənədlərə ixracat, Qaçaqmalçılıqla bağlı qanunun əleyhinə olmaq. Rza Zərrabla telefon söhbətində “Qiymtələr aşağı düşür, diqqətlər 3 aylığına qızıl ixracatına yönələk" dediyi, Qanadan 1 yanvar 2013-cü il tarixində təyyarə ilə "minerlan sample (təbii daş)" bildirişi edilərək Türkiyəyə 1.5 ton qızıl gətirtmək istədiyini, bunun 1280 kiloqramının təsbit edilib , 250 kiloqramının isə nə olduğu bilinməyib, saxta sənədlərlə 5 min tonluq gəmiylə 150 min tonluq ixracat edilməsini təsdiq edib.

Müəmmər Gülər: 10 dəfə ümumi miqdarı 10 milyon dollar məbləğində rüşvət alıb, cinayət törətmək məqsədiylə təşkilat qurub və nüfuzundan sui-istifadə edib.

Egemen Bağış: 3 dəfə ümumi miqdarı 1.5 milyon dollar məbləğində rüşvət alıb.

Qeyd edək ki, bu dosye Baş Prokurorluq tərəfindən yanvarın 2-də Ədliyyə Nazirliyinə göndərilib. Dosyenin mahiyyəti isə ondan ibarətdir ki, rüşvət və korrupsiya qalmaqalında adları hallanan 4 sabiq nazirin toxunulmazlıqdan məhrum edilərək məsuliyyətə cəlb olunsun. Dosye incələndikdən sonra Türkiyə Böyük Millət Məclisinə göndəriləcək və 55 millət vəkilinin imzası ilə nazirlər haqqında istintaqı aparmaq üçün komissiya yaradılacaq.

Onu da əlavə edək ki, AKP parlamentdə çoxluq təşkil edir. Onlar səs verməsə, keçmiş nazirlərin deputatlıqdan məhrum edilərək mühakimə olunması mümkün deyil.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti