“AzerGold” irihəcmli ixrac əməliyyatını reallaşdırdı

   “AzerGold” irihəcmli ixrac əməliyyatını reallaşdırdı
  29 İyun 2020    Oxunub:3113
Koronavirus (COVID-19) pandemiyası dövründə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara uyğun növbəli iş rejimində, bütün sahələr üzrə fasiləsiz fəaliyyətini davam etdirir. Mövcud şəraitdə Səhmdar Cəmiyyət alternativ daşınma yolu ilə ikinci irihəcmli ixrac əməliyyatını reallaşdırıb.
QSC-dən Azvision.az -a verilən məlumata görə, qiymətli metalların kəskin qiymət artımı fonunda, Çovdar filiz emalı sahəsində hasil olunan qızıl və gümüşdən istehsal edilmiş növbəti 36 ədəd gümüş və qızıl qarışıq tərkibli xəlitə İsveçrədə saflaşdırıldıqdan sonra satışa çıxarılıb.

Cari il ərzində baş tutan altıncı ixrac əməliyyatı nəticəsində 6 703.97 unsiya qızıl, 15 273.95 unsiya gümüşün satışından, ümumilikdə 12 084 658.62 ABŞ dolları (20 543 919.65 manat) həcmində vəsait ölkə iqtisadiyyatına cəlb edilib.

Bununla cari ilin birinci yarımili ərzində həyata keçirilən ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına cəlb olunan vəsait 43 250 507.23 ABŞ dollarına (73 525 862.29 manat) yüksəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% artım deməkdir.

Azvision.az


Teqlər: Qızıl   Azərgold   İxrac  





Xəbər lenti