Xaricdə çalışan vətəndaşın vergi öhdəliyi nələrdir?

  30 İyun 2020    Oxunub : 2263
Xaricdə çalışan vətəndaşın vergi öhdəliyi nələrdir?
Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən, Azərbaycan Respublikası rezidenti olduğu halda onun ölkədə və ölkənin hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycanda vergiyə cəlb olunur.
Azvision.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu halda ölkə hüdudlarından kənarda muzdlu işlə əlaqədar gəlir əldə edən Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxs gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı (fəaliyyət növünün kodu kimi 97002 (muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs) seçilməklə və il ərzində əldə etdiyi 14 faiz həcmində gəlir vergisini hesablamalı və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına “Gəlir vergisinin bəyannaməsi”ni elektron və ya kağız formada təqdim edərək hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

Azvision.az

Teqlər: Vergi   Vətəndaş