Azərbaycan "Eurovision 2014"ün seçiminə başladı

Azərbaycan "Eurovision 2014"ün seçiminə başladı
  16 Yanvar 2014    Oxunub:1315
"Böyük səhnə" layihəsinin super kastinqlərinə başlanılıb
Bu mərhələdə əsas şouda iştirak edəcək 12 nəfər təyin olunacaq

Yanvarın 15-dən etibarən Azərbaycanı "Eurovision 2014" mahni
müsabiqəsində təmsil etmək iddiasında olan ifaçılar "Böyük səhnə" layihəsinin super kastinqlərində yarışmağa başlayıblar. Bu mərhələdə bölgələr və paytaxt üzrə keçirilən ilkin dinləmələri uğurla başa vuran şəxslər yenidən səs və səhnə imkanlarını nümayiş ertdirirlər.

Bu dəfə onlar peşəkarlardan ibarət münsiflər heyəti qarşısında çıxış

edəcəklər. Müsabiqədə 16 yaşdan yuxarı ifaçılar yarışır. "Böyük səhnə" layihəsinin əsas şousuna vəsiqə qazanacaq şəxslər məhz bu mərhələdə müəyyən olunacaqlar.

Ümumilikdə 7 həftə davam edəcək “Böyük səhnə” layihəsi çərçivəsində tamaşaçılara iki fərqli, rəngarəng və dinamik yarımfinal və final şouları da təqdim ediləcək. Layihənin qalibi, yəni Azərbaycanın "Eurovision 2014" mahnı müsabiqəsində təmsiçisi isə martin ikisində müəyyən olunacaq. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Böyük səhnə" televiziya müsabiqəsi gənc istedadların peşəkar fəaliyyəti istiqamətində əhəmiyyətli olacaq. Yanvarin 27-dən etibarən İctimai Televiziyanin efirində kastinqlərin və ümumilikdə müsabiqənin gedişatı ilə bağlı silsilə verilişlərin yayımına başlanılacaq.


Teqlər:  





Xəbər lenti