Ölkədən qanunsuz pul çıxarılmasının qarşısı alındı

Ölkədən qanunsuz pul çıxarılmasının qarşısı alındı
  01 İyul 2020    Oxunub:2903
Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları xarici valyutanın ölkənin gömrük sərhəddindən bəyan etmədən keçirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstana gedən " Mercedez-Benz Atego" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda köynəyə bükülü halda gömrük nəzarətinə bəyan edilməyən 22400 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Gömrük   Valyuta  





Xəbər lenti