Fransanın birinci xanımı özünə qəsd etdi

Fransanın birinci xanımı özünə qəsd etdi
  16 Yanvar 2014    Oxunub:1610
AzVision .az xarici KİV-lərə istninadla xəbər verir ki, Fransa prezidentinin vətəndaş nigahı ilə birlikdə olduğu Valeriy Trierveyler xəstəxanaya yerləşdiriib.
Fransa prezidenti Fransua Olandın həyat yoldaşı Valeriy Trierveylerin qohumlarının verdiyi məlumata görə, o yüksək dozada dərman qəbul edib.

“Valeri sadəcə bir neçə dərman artıq içib”-deyə onun qohumlarından biri Trierveylerin özünə sui-qəsd etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Fransa mətbuatının məlumatına görə, məhz Fransua Olandla onun yeni sevgilisi aktrisa Jüli Qaye ilə bağlı söhbətindən sonra Trierveyler dərman qəbul edib. Le Point jurnalının məlumatına görə, dərman qəbul etdiyi günün səhəri V. Trierveyler dayanmadan qusmağa başlayıb, qadın dərhal xəstəxanaya yerləşdirilib. Bir qədər özünə gələn Valeri deyib : “Hər şeyin günahını məndə görürlər, hətta xəstəxanaya yerləşdirilməyimi belə öz günahım hesab edirlər.”

BFM telekanalının məlumatına görə, həkimlər Fransa liderinin xanımına bir müddət xəstəxanada qalaraq müalicəsinə davam etməyi məsləhət görüblər.

Qeyd edək Fransa prezidenti Jüli Qaye ilə gizli eşq yaşadığını etiraf edib. Bu xəbər onun xanımını “şoka” salıb.

Səbinə


Teqlər:





Xəbər lenti