Şumaherdən ailəsinə 1 milyardlıq vəsiyyət

Şumaherdən ailəsinə 1 milyardlıq vəsiyyət
  16 Yanvar 2014    Oxunub:1081
Mihael Şumaher hələ 2010-cu ildə vəsiyyət tərtib etmişdi.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, məşhur alman pilot, 7 Qat Dünya çempionu Mihael Şumaher 2010-cu ildə tərtib etdiyi vəsiyyətində 1 milyard avroluq şəxsi sərvətini həyat yoldaşı və uşaqları- Miki, Cina Mariya arasında bölüşdürüb.

2009-cu ildə Formula-1 yarışları zamanı qəza keçirən Şumaher beynindən o zaman da xəsarət almışdı. Buna görə də 2010-cu ildə ölümündən sonra sərvətini ailə üzvlərinə vəsiyyət edən sənəd tərtib edib.
2 həftədən artıqdır ki, Fransanın Qrenobl xəstəxanasında müalicə alan məşhur pilotun hələ də komadan ayrılmadığı bildirilir. Xizəklə sürüşən zaman başı daşa dəyən Şumaherin vəziyyətinin kritik olmasına rəğmən stabil olduğu deyilir.

Mihael Şumaherin mümkün ölümü halında onun 2010-cu ildə tərtib etdiyi vəsiyyətin əsas götürüləcəyi bildirilir.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti