Naxçıvanda əkin dövriyyəsi artıb

Naxçıvanda əkin dövriyyəsi artıb
  02 İyul 2020    Oxunub:3505
Muxtar respublikada 2020-ci ilin məhsulu üçün ümumi əkin sahəsi 63 min 405 hektar təşkil edib. Bu da 2019-cu illə müqayisədə 435 hektar çoxdu.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Ümumi əkin sahəsinin 56,9 faizini payızlıq əkin, 36,5 faizini yazlıq əkin, 6,6 faizini əvvəlki illərin çoxillik otları təşkil edib.

Qeyd edilib ki, muxtar respublikada son dövrlər qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası, keyfiyyətli toxum növlərinin istehsalı, məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin və texnikaların verilməsi aqrar sahənin əsasını təşkil edən bitkiçilik məhsullarının istehsalında davamlı artımı təmin edir.

Azvision.az


Teqlər: Naxçıvan   Əkin   Sahə  





Xəbər lenti