Qaribaşvili ilk mətbuat konfransını keçirdi
AzVision.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yerli və beynəlxalq media nümayəndələri üçün ilk mətbuat konfransı keçirib.
Baş nazir deyib ki, Bidzina İvanişvilinin media nümayəndələri ilə başladığı görüş ənənəsi davam etdiriləcək. O, belə görüşlərin həm jurnalistlər, həm də hökumət üçün səmərəli olacağına əminliyini bildirib.
İ.Qaribaşvili Gürcüstanda baş verən hakimiyyət dəyişikliyindən sonra ədalətin bərpası, yol verilən nöqsanların təkrar olunmaması istiqamətində tədbirlərin davam etdiriləcəyini vurğulayıb. Baş nazir ölkə iqtisadiyyatının dirçəldilməsi üçün ardıcıl iş aparılacağını, ölkənin xarici siyasət xəttinin dəyişməyəcəyini diqqətə çatdırıb.
Sonda İ.Qaribaşvili 40-dək jurnalistin suallarını cavablandırıb.
Teqlər: