“Nəvələrimi görmək üçün iki saatlıq icazə alıram” - Xalq artisti

“Nəvələrimi görmək üçün iki saatlıq icazə alıram” -  Xalq artisti
  03 İyul 2020    Oxunub:10480
"Evdə çox darıxanda iki saatlıq icazə alıb nəvələrimi görməyə gedirəm. Onlarla nəfəs alıram, nəvələrimi görməyəndə darıxıram".
Bunu Azvision.az -a Xalq artisti Ağasəlim Abdullayev deyib.

Tanınmış tarzən bildirib ki, karantin günlərini Binə kəndində keçirir: "Binədə ata -baba yurdundayam, kənddə dincəlirəm. Qardaşlarım da qonşuluqda yaşayır. Onların ailəsi mənə məişət məsələlərində kömək edirlər. Uşaqlar, nəvələr şəhərdədirlər. Nadir hallarda, çox ehtiyac yarandıqda şəhərə gedirəm. 70 yaşım var, yoluxma riskim çoxdur. Özümdən qorxmuram. Mən ömrümü sürmüşəm, amma virusa yoluxsam, uşaqlarıma, nəvələrimə də keçirə bilərəm. Onların həyatını təhlükəyə ata bilmərəm. Kənddə başımı qatıram.Tar çalıram, kitab oxuyuram. Sənət dostlarımla da daima əlaqə saxlayıram. Belə bir dövrdə gərək sənət adamları bir-birindən xəbər tutsun. Heç olmasa yaşlı nəslin vəziyyətini biləsən. Mən onlarla, onlar da mənimlə maraqlanırlar".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: AğasəlimAbdullayev  





Xəbər lenti