“Maraqlı heç nə yoxdur, çox darıxıram” - Əməkdar artist

 “Maraqlı heç nə yoxdur, çox darıxıram” -  Əməkdar artist
  03 İyul 2020    Oxunub:11603
"Yuxu rejimim təmiz pozulub. Bütün gecəni oyaq qalıram, yalnız gündüzlər yatıram".
Bunu Azvision.az -a Əməkdar artist Münəvvər Əliyeva deyib. Aktrisa karantin günlərini evdə keçirdiyini, küçəyə çıxmadığını bildirib.

"Bütün günü evdə oluram, heç yerə getmirəm, çox darıxıram. Hər il bu vaxtı istirahətə getməyə hazırlaşırdıq. Bu il heç bir rayona gedə bimədim. Yayda evdə oturmaq çox çətindir. Amma nə edək? Başqa çarəmiz yoxdur, ümidlə gözləyirik. Yuxu rejimim də pozulub.
gecədən səhərə kimi yatmıram, ancaq hava işıqlananda yatmağa başlayıram. Otağımı qaranlıq edib, gün işığının düşməsinə imkan vermirəm.

Zamanın necə gəlib-getdiyini tez bir vaxtda itirmək istəyirsəm. Ancaq təəssüflənirəm ki, dünyanı cənginə alan virusa görə zaman bizim əlimizən gedir. Maraqlı heç nə yoxdur. Özümüzü qorumalıyıq, başqa çarəmiz yoxdur", - deyə aktrisa vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: MünəvvərƏliyeva  





Xəbər lenti