AMEA-nın şöbə müdiri vəfat etdi
Qeyd edək ki, Hacı Şıxlinski 1952-ci ildə Qazax rayonunda anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Hacı Şıxlinskinin 238 elmi əsəri çapdan çıxıb. Xaricdə çıxan elmi əsərlərin sayı 90-dan çoxdur.
Azərbaycan SSR şəraitində üzümün rayonlaşdırılmış və yeni seleksiya formalarının filloksera və göbələk xəstəliklərinə davamlılığı mövzusunda namizədlik dissertasiyasının, Filloksera ilə zədələnmiş müxtəlif üzüm sortlarının köklərində mikroorqanizmlərin öyrənilməsi və kompleksdavamlı formaların aşkar edilməsi mövzusunda isə doktorluq dissertasiyasının müəllifidir.
Azvision.az
Teqlər: AMEA