Ərdoğanın övladlarının var-dövləti açıqlandı

Ərdoğanın övladlarının var-dövləti açıqlandı
  17 Yanvar 2014    Oxunub:3306
Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğanın övladlarının sərvəti açıqlanıb.

AzVision.az türk mətbuatına istinadən baş nazirin uşaqlarına məxsus olan sərvətinin siyahısını təqdim edir:

Bilal Ərdoğan Harvardda təhsil alıb, Dünya Bankında işləyir. O ilk əmlakını qardaşı Burak Ərdoğanla birgə alıb. Qiyməti 1 milyon türk lirəsi olan villa Kısıklıda yerləşir. 5 hektar torpaqda tikilən villalardan biri də B.Ərdoğanın bacısı Vəsilə Ərdoğanın həyat yoldaşı Ziya İlgənindir.

Bilal Ərdoğan bundan əlavə 24 avqust 2005-ci ildə ABŞ-da özünə yeni ev alıb. Yəni o, ABŞ-ın Maryland ştatında, College Parkda mənzil satın alıb. 146 kv.m olan bu ev Bilal və həyat yoldaşı Reyyan Ərdoğanın adına qeydiyyatdadır.

Eyni zamanda onu da əlavə edək ki, baş nazirin 4 uşağının xaricdə təhsil xərclərini iş adamı Rəmzi Gür öz üzərinə götürmüşdü. Baş nazirin böyük oğlu Əhməd Burak Ərdoğanın aldığı gəmi həmişə böyük müzakirələrə səbəb olub. O, bu gəmini iş adamı Rəmzi Gürün qohumlarından alıb.

Bilal Ərdoğan da böyük qardaşı kimi gəmi sektoruna addım atıb. O, 3 milyon lirə ilə BMZ Group Dənizçilik və İnşaat A.Ş Şirkətini yaratdı. Ortaqları isə əmisi Mustafa Ərdoğan və yeznəsi Ziya İlgəndir.

Bundan başqa, nazirin oğlu B.Ərdoğan kosmetika sektoruna da daxil olub. O, Maye Xarici Ticarət adlı şirkətə ortaqdır. Şirkət ABŞ-ın makiyaj məhsullarını Türkiyədə satır. Daha sonra Ərdoğan Mis Hədiyyəlik Əşya Sənaye Ticarət Limited Şirkəti ilə ətirli sabunların satışı işi ilə məşğul oldu. İstanbulda 3, Antalyada 1, ABŞ-da mağaza açaraq bu məhsulların satışını həyata keçirib. Bilal Ərdoğanın ortaq olduğu Mis Hədiyyəlik Əşya şirkətinin sərmayesi 50 min türk lirəsidir. Bilal Ərdoğanın eyni zamanda restoran, otel və çayxanaları var. Doruk İzgara Limited Şirkəti ilə o bir çox sahədə fəaliyyət göstərir. Şirkətin 300 min lirə sərmayesi var, ortaqları idə Mustafa Esenkal və Əli Bahadır Yeşildir.

Daha sonra Bilal Ərdoğan qardaşı Burak Ərdoğanın həyat yoldaşı Səma Ərdoğanla Atatürk Hava Limanında Atagoldun qızıl mağazasını açıblar. Ərdoğan ailəsinin digər ortaqları isə baş nazirin yaxın dostu olan Atasayın sahibi Cihan Kamerin uşaqları Atasay və Simay Kamerdir. 500 min lirə sərmayesi olan şirkətin 25%-i Bilala, 25%-i isə Səma Ərdoğana məxsusdur.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti