Bakı Limanından keçən qatar Ankaraya çatdı

Bakı Limanından keçən qatar Ankaraya çatdı
  05 İyul 2020    Oxunub:5664
Çinin Sian şəhərindən çıxan və Türkiyənin İstanbul şəhərinə istiqamətlənmiş 43 konteynerdən ibarət blok qatarı bu gün qonşu ölkənin paytaxtı Ankaraya çatıb.
Bu barədə Azvision.az -a "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən (Bakı Limanı) məlumat verilib.

Xatırladaq ki, sözügedən qatar iyunun 30-da, 6 saat ərzində Bakı Limanında aşırılıb. Qatarla Çin istehsalı olan elektronika məhsulları göndərilib. Yükdaşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu konsorsiumunun üzvü, "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi "ADY Konteyner" MMC-dir.

Bu, Sian-İstanbul marşturu üzrə hərəkət edən ikinci belə bir karvandır. "Xi'an Free Trade Port Construction and Operations" logistik platformanın təşkil etdiyi blok qatarı mütəmadi olaraq Çindən Türkiyəyə yük daşıyacaq.

Azvision.az



Teqlər: Qatar   Bakı-Limanı  





Xəbər lenti