“Təkliyi sevirəm, insanları görəndə sıxılıram” - Əməkdar artist

 “Təkliyi sevirəm, insanları görəndə sıxılıram” -  Əməkdar artist
  07 İyul 2020    Oxunub:8742
"Mən təkliyi sevən adamam. Evdən çölə çıxanda insanları görüb sıxılıram"
Bunu Azvision.az - Əməkdar artist Eldəniz Rəsulov deyib. Aktyor bildirib ki, karantin günlərini evdə keçirir.

"Bütün günü evdə oluram. Hava almaq istəyəndə hərdən eyvana çıxıram. Darıxanda televizora baxıram, kitab oxuyuram. Koronavirus bir bəladır, bu xəstəliyin Allah dərmanını verəcək, dözmək lazımdır. Qurban olduğuma dua edin ki, bitsin. Demək olar ki, heç kəs ilə təmasda olmuram. Oğlum lazım olanda bazarlıq edib gətirir. Mənim yaşımda adam üçün marketə getmək, bazarlıq etmək risklidir. Çox adam darıxır, amma mən evdə sıxılmıram. Əksinə çöldə çoxlu insanları görəndə sıxılıram. Mən təkliyi sevən adamam".

E. Rəsulov serial çəkilişlərinin bitdiyini söyləyib: "Yarımçıq işlərim qalmayıb. Serial çəkilişlərimizin birinci hissəsi başa çatıb. Avqust ayında ikinci hissə olacaq. AzTV-nin Sabah Yaradılıq Birliyinin çəkdiyi serial 10-15 günə efirə gedəcək. İnsanlar viruslu gündə təmkinli olsunlar. Darıxanda telefonla danışsınlar. Səbr edək, hər şey yaxşı olacaq".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: EldənizRəsulov   aktyor  





Xəbər lenti