Naxçıvanda operativ vergi nəzarəti gücləndirilir
Qeyd olunub ki, operativ vergi nəzarəti tədbirləri zamanı 2 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 2 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması və 4 şəxsin isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan fəaliyyət göstərməsi aşkarlanıb.
Qeyd olunan dövrdə müvafiq icra hakimiyyəti orqanları ilə birgə 17 işəgötürəndə aparılmış araşdırmalar zamanı 24 yeni əmək müqaviləsinin bağlanmasına nail olunub.
Azvision.az