II Yelizavetanın nəticəsi dünyaya gəldi

 II Yelizavetanın nəticəsi dünyaya gəldi
  17 Yanvar 2014    Oxunub:1170
Böyük Britaniya kraliçası II Yelizavetanın nəvəsi Zara Tindallın qız övladı dünyaya gəlib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Bukingem sarayının açıqlamasına görə Zara Tindall və həyat yoldaşı reqbi oyunçusu Mike Tindallın ilk övladları bu gün Gloucestershire Kral Xəstəxanasında doğulub.

Məlumat üçün bildirək ki, cütlük 2011-ci ildə ailə qurmuşdu. Yeni doğulan bu körpə kral ailəsinin 16-cı varisi oldu. Hələki körpəyə ad qoyulmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti