Xüsusi istedadlı qruplar yaradılacaq

Xüsusi istedadlı qruplar yaradılacaq
  08 İyul 2020    Oxunub:2089
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin təcrübəsi əsasında müvəffəqiyyətlə təhsil alan istedadlı tələbələrdən ibarət xüsusi qrupların təsis edilməsi nəzərdə tutulur.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsi, fərqli təhsil mühitinin yaradılması, savadlı və bacarıqlı tələbə yetişdirilməsindən ibarətdir.

Təhsil Nazirliyinin SABAH qrupları layihəsi ilə birgə əməkdaşlığa uyğun olaraq, ADBTİA çərçivəsində 2020-2021-ci tədris ili üçün xüsusi qruplar açılır. Birgə razılığa əsasən, ilkin olaraq “İdman menecmenti və kommunikasiya” ixtisası üzrə xüsusi seçim yolu ilə formalaşdırılan istedadlı tələbələr üçün akademiyanın müstəqil pilot qrupunun yaradılması məqsədəuyğun hesab edilib. Bununla əlaqədar müvafiq qrupların formalaşdırılması, tədrisin təşkili üçün tələbə və professor-müəllim heyətinin seçimi prosesinə start verilir.

Qeyd edək ki, SABAH qrupları layihəsi təhsil sistemində 2014-cü ildə yaradılan innovativ layihədir. 2019-cu ilin statistikasına əsasən, SABAH məzunlarının böyük bir hissəsi (Müraciət edənlərin 88 faizi) ölkə daxili və xaricində (Müraciət edənlərin 96 faizi) magistraturaya qəbul olub, dövlət (Müəllmlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin 78 faizi) və özəl sektorun müxtəlif sahələrində müvəffəqiyyətlə fəaliyyət göstərir. Azərbaycan təhsil sistemində artıq özünü doğrultmuş SABAH qrupları layihəsinin 6 illik təcrübəsindən istifadə edilməsi ADBTİA-da istedadlı tələbələrdən ibarət xüsusi qrupların yaradılmasına və uğurla fəaliyyət göstərməsinə əsaslar yaradır.

Azvision.az



Teqlər: Təhsil   Sabah  





Xəbər lenti