Tovuzun yolları yenidən qurulur

Tovuzun yolları yenidən qurulur
  09 İyul 2020    Oxunub:3087
Avtomobil Yolları Dövlət Agentliyi respublika üzrə bütün rayonları əhatə edən magistral, respublika və yerli əhəmiyyətli yollarda geniş yenidənqurma işləri aparır.
AAYDA-dan Azvision.az -a verilən məlumata görə, Tovuz rayonunda 1 şəhər və 4 kəndi əhatə edən ümumi uzunluğu 36 km olan avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. Bu, M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan ayrılan və uzunluğu 17 km olan Əyyublu kəndinin, 4.4 km uzunluğunda Aran kəndinin, 7.6 km-lik Qovlar şəhərinin 2 yaşayış məntəqəsinin, həmçinin uzunluğu 5 km olan Aşağı Quşçu və 2 km olan Koxanəbi kəndlirinin avtomobil yollarıdır.

Sözügedən yolların hər biri IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Agentlik tərəfindən yüksək keyfiyyətlə və sürətlə aparılan bu işlər 5 yaşayış məntəqəsinin 30 mindən çox əhalisinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın bütün istiqamətlərinə hərəkət etmələrini xeyli dərəcədə asanlaşdıracaq.

Çünki sözügedən avtomobil yolları uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən avtomobil yolu yararsız vəziyyətdə idi. Üstəlik bəzi hissələrdə yol əkin sahəsindən keçdiyi üçün torpaq yatağı suvarma və qrunt sularının təsirinə məruz qalaraq yararsız hala düşmüşdür. Bu isə öz növbəsində vətədaşların hərəkətində müəyyən çətinliklərə səbəb olurdu.

Torpaq yatağının tikintisi yekunlaşan ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşa görülür. Texnoloji ardıcıllığa əsasən növbəti mərələdə yollara 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib. Qeyd olunan işlər ümumilikdə yolların 200 min kv.m-dən çox sahəsində aparılacaq. Asfaltlanan ərazilərdə çiyinlərin lazımi materialla bərkidilməsi işləri də görülür.

Azvision.az


Teqlər: AAYDA  





Xəbər lenti