120 min şəxsə elektron qaydada fərdi hesab açılıb

120 min şəxsə elektron qaydada fərdi hesab açılıb
  09 İyul 2020    Oxunub:2535
İlk dəfə əmək müqaviləsi ilə işə qəbul olunan şəxslərə avtomatik qaydada sosial sığorta nömrəsi (SSN) açılması elektron xidməti bu ilin yanvar ayında fəaliyyətə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu bu e-xidməti vasitəsilə iyulun 1-dək 120 min şəxsə avtomatik olaraq SSN və bununla da elektron qaydada fərdi hesab açılıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, ilk dəfə işə qəbul olunan hər hansı şəxslə bağlı əmək müqaviləsi bildirişi “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilərək qeydiyyatdan keçdiyi andan ona avtomatik olaraq SSN açılması təmin edilir. Daimi xarakter daşıyan SSN ilə də həmin şəxsin fərdi uçot sistemində fərdi şəxsi hesabı yaranır.

Nəticədə o, sosial sığorta sisteminin iştirakçısı kimi, fərdi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı qazanır.

Azvision.az


Teqlər: Elektron   Hesab   ƏƏSMN  





Xəbər lenti