Bu insan deyil...əsl pul canavarıdır - VİDEO

Bu insan deyil...əsl pul canavarıdır - VİDEO
  18 Yanvar 2014    Oxunub:1255
Skorzeze və DiKaprio ikilsinin 5 `Oskar` nominasiyalı yeni debyutu.
`Uol Stritli canavar` (ing. «The Wolf of Wall Street») filmi ABŞ rejissoru Martin Skorzezenin 25 dekabr 2013-cü ildən dünya ekranlarında göstərilir. Filmdə baş verənlər real hadisəyə əsaslanır. Cordan Belfort (Leonardo DiKaprio) hələ 1987-ci ildə ən böyük broker şirkətlərindən birini qurmuşdu, lakin on il sonra o, pulların “yuyulması” və digər maliyyə cinayətləri əsasında məhkum edilib.

Filmin əsl qəhramanı hazırda narkotik və spirt asılılığından qurtularaq iki kitab yazıb və `uğur əldə etməyin sirrləri` haqqında mühazirələr aparır.

Film `Oskar` mükafatına 5 nominasiya qazanıb. Ən yaxşı film, ən yaxşı rejissor (Martin Skorzeze), ən yaxşı kişi oyunçu (Leonardo DiKaprio), ən yaxşi köməkçi kişi oyunçu (Conah Hill), ən yaxşi uyğunlaşdirma ssenari (Terence Vinter) üzrə.

Filmin çəkilişində Leonardo DiKaprio (Cordan Belfort), Cona Xill (Denni Poruş), Metyu Makkonnexi (Mark Xanna), Jan Dyujarden (Jan-Jak Andali), Martin Klebba (Frenki Berri), Marqo Robbi (Naomi Lapalya), Djon Favro (Menni Riskin), İten Sapli (Tobi Velç), Kayl Çendler (Patrik Denxem), Rob Rayner (Maks Belfort), Con Berntal (Bred), Kristin Ebersoul (Lia Belfort), Coanna Lamli (Emma xala) kimi aktyorlar iştrak edib.

Film 16 yaş və yuxarı (16+) tamaşaçı kütləsi üçün nəzərdə tutulub.




Teqlər:  





Xəbər lenti