BMT-nin 3 əməkdaşı öldürüldü

BMT-nin 3 əməkdaşı öldürüldü
  18 Yanvar 2014    Oxunub:1041
Əfqanıstan paytaxtındakı partlayışda ümumilikdə 15 nəfər həlak olub.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kabilin mərkəzində yerləşən və xarici ölkə vətəndaşlarının tez-tez baş çəkdikləri “Livan tavernası” adlı restorana kamikadze hücumu nəticəsində 15 nəfər dünyasını dəyişib.
Bundan sonra isə 2 silahlı şəxs restoranı atəşə tutub. Onlar əraziyə gələn təhlükəsizlik qüvvələri tərəfindən məhv ediliblər.

Xəbər verilir ki, terror aktı nəticəsində Beynəlxalq Valyuta Fondunun Əfqanıstan üzrə nümayəndəsi Vabil Abdullah, BMT-nin 3 əməkdaşı və adı açıqlanmayan Böyük Britaniya vətəndaşı həlak olublar. Bir neçə əfqan, o cümlədən restoranın sahibi Kamal Həmadi də həlak olanlar arasındadır. Terror aktının baş verdiyi ərazidə Belçika, İsveç və Danimarkanın səfirlikləri yerləşdiyinə görə ərazinin təhlükəsizliyi qüvvətləndirilib.

Talibanın rəsmi nümayəndələri xaricilərin tez-tez ziyarət etməsinə görə restoranı hədəf aldıqlarını bildirin. Hərəkat rəsmisi ilin sonuna qədər Əfqanıstanda beynəlxalq koalisiya üzərində qələbə qazanacaqlarına ümidlərini ifadə edib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti