Avtobus “Range Rover”lə toqquşdu

Avtobus “Range Rover”lə toqquşdu
  18 Mart 2013    Oxunub:1318
Bakıda sərnişin avtobusu qəza törədib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə bu gün saat 10.00 radələrində Nərimanov rayonu ərazisindəki tuneldə qeydə alınıb.

13 saylı xətt üzrə hərəkətdə olan iri tutumlu sərnişin avtobusu “Range Rover” və “Chevrolet” markalı minik maşınları ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki minik avtomobilinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.(apa)


Teqlər:





Xəbər lenti