Ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısı alındı

Ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısı alındı
  12 İyul 2020    Oxunub:5921
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında siqaretlərin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a bildirilib ki, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "DAF" və "Mercedes-Benz" markalı yük avtomobilləri saxlanılıb, gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən 3000 ədəd "Marlboro" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Komitə  





Xəbər lenti