İspaniya Əfqanıstandan çıxdı

Artıq ispanların Mukur və Ludin vilayətlərindəki bazaları bağlanıb. İspan hərbçiləri 2014-cü ildə Əfqanıstandan tamamilə çıxacaq. Hazırda Əfqanıstanda 1.606 ispan zabit və əsgəri var. Əfqanıstanda 2003-cü ildən indiyədək 100 nəfər ispan hərbçisi həlak olub.