Soçidə kamikadze qadın axtarılır- FOTO

Soçidə kamikadze qadın axtarılır- FOTO
  18 Yanvar 2014    Oxunub:1157
Ruzana İbrahimovanın axtarışına bütün şəhər polisi cəlb olunub.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Soçi şəhərində 1991-ci il təvəllüdlü Ruzana Əhməd qızı İbrahimova axtarılır.

Kamikadze hücumu təşkil etmək üçün şəhərə gələn qadının Xarici İşlər Nazirliyinin yerli nümayəndəliyinin qarşısında görüntüləndiyi bildirilir. Şimali Osetiyada anadan olan Ruzana İbrahimovanın milliyyətcə, inquş olduğu bildirilir.

Xatırladaq ki, fevralın 7-də Qış Olimpiya Oyunlarına sahiblik edəcək Soçi şəhərində təhlükəsizliyin təmin olunması üçün 40 min hüquq-mühafizə orqanı əməkdaşı cəlb olunub.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti