Şəhid Elşad Məmmədov dəfn edildi

 Şəhid Elşad Məmmədov dəfn edildi
  13 İyul 2020    Oxunub:7589
Ötən gün Tovuz istiqamətində gedən döyüşdə şəhid olan Azərbaycan Ordusunun baş əsgəri Məmmədov Elşad Dönməz oğlu son mənzilə yola salınıb.
Azvision.az -ın məlumatına görə, şəhid hərbi qulluqçu ilə doğulduğu Tovuz rayonun Ağdam kəndində vida mərasimi keçirilib.

Vida mərasimində rayon İcra Hakimiyyətinin rəhbərliyi, Tovuzun deputatı, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra şəhid hərbi qulluqçu dəfn olunub.

Azvision.az


Teqlər: Şəhid   Tovuz  





Xəbər lenti