Sosial ödənişlərə 3 milyardan çox pul xərclənib

 Sosial ödənişlərə 3 milyardan çox pul xərclənib
  13 İyul 2020    Oxunub:3282
Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində həssas əhali qruplarının sosial təminatı ildən-ilə gücləndirilir, bu istiqamətdə ayrılan büdcə vəsaitləri də əhəmiyyətli dərəcədə artır. 2020-ci ilin ilk yarımilində bu artım dinamikası davam edib.
Bu barədə Azvision.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu ilin yanvar-iyun aylarında nazirlik tərəfindən:

1,3 mln. nəfərə yaxın pensiyaçının pensiyalarının maliyyələşdirilməsinə 2019-cu ilin müvafiq dövrünə nisbətən 436,51 mln. manat və ya 24,09 faiz çox olmaqla 2 mlrd. 250 mln. manat,
743 min nəfərə sosial müavinət və təqaüd ödənişi üzrə ötən ilin müvafiq dövrünə nisbətən 151 mln. manat və ya 46,6 faiz çox olmaqla, 475 mln. manat,
85 minə yaxın ailənin 350 mindən çox üzvünün ünvanlı dövlət sosial yardımı ilə təminatının maliyyələşdirilməsinə ötən ilin müvafiq dövrünə nisbətən 40,4 mln. manat və ya 62 faiz çox olmaqla, 105 mln. manat ödənilib.

Həmçinin pandemiya ilə əlaqədar dövlətin sosial dəstək tədbirlərindən biri kimi, respublika üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılardan ibarət 600 min şəxs üçün aprel-may aylarında aylıq 190 manat birdəfəlik ödəmə ilə təminat proqramının icrası üçün 229 mln. manat yönəldilib.

Beləliklə, 2020-ci ilin 6 ayında Nazirlik tərəfindən 3 mln. nəfərə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və birdəfəlik ödəmə formasında ödənişlər edilib və həmin istiqamətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 860 mln. manat və ya 40 faiz çox olmaqla ümumilikdə 3 mlrd. 59 mln. manat vəsait ödənilib.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti