6673 obyektdə sanitar-epidemioloji tələblər pozulub

6673 obyektdə sanitar-epidemioloji tələblər pozulub
  14 İyul 2020    Oxunub:3801
İqtisadiyyat Nazirliyi xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə sahibkarlıq subyektlərində monitorinqləri davam etdirir.
Nazirlikdən Azvision.az -a bildirilib ki, iyulun 11-12-də keçirilmiş monitorinqlərdə Binəqədi rayonunda “Oba market”də, Suraxanı rayonunda “Araz market”də, “Bizim market”də, Yasamal rayonunda “Bizim market”də, Sabunçu rayonunda “Araz market”də, Xaçmaz rayonunda Kamil Əsədova məxsus "Xaçmaz İnşaat"da, Adil Kərimova məxsus “Çörək sexi”ndə, Şamaxı rayonunda “Dostluq restoranı”nda, Təyyub Hidayətova məxsus avtomobil ehtiyat hissələrinin satışı mağazasında, Füzuli rayonunda “Oba market”də, Samir Fərzəliyevə məxsus kafedə, Yevlax rayonunda “M market”də, Elşad Həmidova məxsus stomatoloji kabinetdə, Lənkəran rayonunda Sarvan Əlyevə məxsus “İnşaat malları”, Fuad Hüseynova məxsus “Cənub tikinti materialları” mağazalarında, Amilə Əsgərovaya və Günay Məmmədovaya məxsus “Market”lərdə, ümumilikdə, monitorinq aparılmış 1474 obyektin 351-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlərdə xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb, sahibkarlar tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2020-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.

Nəzarət tədbirləri keçirilmiş obyektlərin 106-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri ilə protokollar tərtib olunub.

Qeyd edək ki, mayın 22-dən iyulun 13-dək monitorinq aparılmış 15736 sahibkarlıq subyektindən 6673-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Azvision.az


Teqlər: Nazirlik  





Xəbər lenti