MTN başçısı sosial şəbəkələrdən danışdı

MTN başçısı sosial şəbəkələrdən danışdı
  18 Mart 2013    Oxunub:1836
“Ekstremist qüvvələr son dövrlər tərəfdarlar cəlb etmək məqsədilə internetdən və sosial şəbəkələrdən geniş istifadə edirlər”.
“Beynəlxalq terror şəbəkələri və müəyyən dairələr Azərbaycanda dini tolerantlıq mühitini pozmağa çalışır və bu fəaliyyəti müxtəlif pərdələr altında həyata keçirməyə cəhd göstərirlər”.

Bu fikirləri Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov Bakıda keçirilən “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, terrorçuluğun islam dini və dünyəvi dinlərlə heç bir əlaqəsi yoxdur: “Əksinə terrorçuluq həmin dinlərin əsas və prinsiplərinə ziddir. Bunu nəzərə alaraq Milli Təhlükəsizlik Nazirliyi digər dövlət strukturları və ictimai təşkilatları ilə birgə məqsədyönlü profilaktik tədbirlər həyata keçirir. Bu işlərdə qanunun aliliyi prinsipi əsas götürülür

O, bildirib ki, ekstremist qüvvələr son dövrlər tərəfdarlar cəlb etmək məqsədilə internetdən və sosial şəbəkələrdən geniş istifadə edirlər. Xüsusilə də beynəlxalq şəbəkələrin informasiya resurslarında Azərbaycan dilli seqmentlərin yaradılması və radikal ideologiyaya dair təbliğat materiallarının yerləşdirilməsi müşahidə olunur. İnternetdəki şəbəkələrdə radikal dini baxışların təbliği, terrorçuların öz aralarında sövdələşməsi, internetdən partlayıcı maddələrin və qurğuların hazırlanması üsullarının yayılması üçün istifadə bizi və bütün beynəlxalq ictimaiyyəti narahat edir.

Kibercinayətkarlıq ilə mübarizə bütün dünyada yeni sahədir. Bu yönümdə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və telekommunikasiya şirkətlərinin tam dəstəyi zəruridir”.-deyə nazir vurğulayıb.

Nazir bildirib ki, tərəfdaş ölkələrin hüquq mühafizə orqanları ilə məlumat mübadiləsi müntəzəm olaraq aparılır.(apa)


Teqlər:  





Xəbər lenti