Rusiyaya rəqib gəlir

Rusiyaya rəqib gəlir
  18 Mart 2013    Oxunub:1388
Çin silah ixracatına görə Böyük Britaniyanı geridə qoyaraq, 5-ci pilləyə yüksəlib.
Stokolm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun araşdırmalarına əsasən, 2008-2012-ci illərdə silah ixracatında ilk sıranı Amerika Birləşmiş Ştatları, iknci yeri Rusiya, üçüncü pilləni Almaniya, 4-cü sıranı isə Fransa tutur.

Çin bu illər ərzində 162 faiz artımla 5-ci pilləyə qalxıb. Ən çox silah idxal edən ölkələr sırasında isə Hindistan, yenə Çin, Pakistan, Şimali Koreya və Sinqapur yer alır.

AzVision.az


Teqlər:  





Xəbər lenti