Kim nə qədər maaş alır? - Bu ilin statistikası

 Kim nə qədər maaş alır? -  Bu ilin statistikası
  16 İyul 2020    Oxunub:4239
2020-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 24,9 faiz artaraq 728,9 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3693,1 manat, qeyri neft-qaz sektorunda 663,7 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 625,9 manat, özəl müəssisələrdə isə 863,7 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Azvision.az


Teqlər: Əmək-haqqı  





Xəbər lenti