Ölkədəki kommersiya təşkilatlarının sayı açıqlandı
2020-ci il iyulun 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 2,2 faizini orta müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (25,5%), tikinti (16,3%), emal sənayesi (12,0%) və nəqliyyat və anbar təsərrüfatı (5,7%) sahələrində yaradılıb.
2020-ci il iyulun 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0,5 faizini iri müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (18,4%), emal sənayesi (15,5%), tikinti (15,0%) və nəqliyyat və anbar təsərrüfatı (6,7%) sahələrində yaradılıb.
Mikro müəssisələrin 62,5 faizi Bakıda, 11,0 faizi Aran, 7,2 faizi Abşeron, 4,9 faizi Gəncə-Qazax, 4,7 faizi Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.
Kiçik müəssisələrin 66,9 faizi Bakıda, 8,9 faizi Aran, 5,9 faizi Gəncə-Qazax, 5,8 faizi Abşeron, 2,8 faizi Şəki-Zaqatala, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.
Orta müəssisələrin 63,1 faizi Bakıda, 9,5 faizi Aran, 5,8 faizi (hər birində) Abşeron və Gəncə-Qazax, 4,0 faizi ŞəkiZaqatala, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.
İri müəssisələrin 77,1 faizi Bakıda, 6,1 faizi Aran, 5,9 faizi Abşeron, 4,0 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.
Azvision.az
Teqlər: Müəssisə