Nizami Kino Mərkəzində pulsuz film göstəriləcək

Nizami Kino Mərkəzində pulsuz film göstəriləcək
  19 Yanvar 2014    Oxunub:1249
Nizami Kino Mərkəzində “Fəryad” filminin nümayişinə başlanılıb.
20 Yanvar faciəsinin 24-cü ildömü ilə əlaqədar yanvarın 16-dan etibarən Nizami Kino Mərkəzində “Fəryad ” filminin nümayişinə başlanılıb.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Mərkəzin mətbuat xidmətindən bildiriblər ki, ilk gündən başlayaraq şəhərin müxtəlif təhsil ocaqlarından gələn şagird və tələbələr filmə baxır və böyük maraq doğuran bu ekran əsərinin gənclərin vətənpərvərlik ruhunda yetişməsində əhəmiyyətini xüsusi vurğulayırlar.

Nizami Kino Mərkəzi Qanlı Yanvar faciəsi ilə əlaqədar bəzi plan dəyişikliyi etmişdir. Bu dəyişikliyə əsasən, yanvarın 20-də mərkəzdə nəzərdə tutulan filmlərin nümayişi dayandırılaraq həmin gün saat 11:00, 13:00, 15:00, 17:00 və 19:00-da “Fəryad” filminin təqdim edilməsi nəzərdə tutulub.

Yanvarın 22-dək nümayiş olunacaq filmə giriş pulsuzdur.


Teqlər:





Xəbər lenti