Baş nazir: Serbiya Aİ-nin tam hüquqlu üzvü olacaq

Baş nazir: Serbiya Aİ-nin tam hüquqlu üzvü olacaq
  19 Yanvar 2014    Oxunub:963
Serbiya yeni siyasi mərhələyə qədəm qoyur.

AzVision.az xəbər verir ki, bu sözləri Serbiyanın Baş naziri İvitsa Daçiç ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Serbiya hökumətinin başçısı 2018-ci ilədək Aİ-yə qoşulmaq istiqamətində bütün zəruri addımların atılacağına və ölkəsinin 2020-ci ildə təşkilatın tamhüquqlu üzvü olacağına əminliyini bildirib.

Cari il yanvarın 21-də Serbiyanın Aİ-yə üzv qəbul olunması ilə bağlı danışıqlara rəsmən başlanacağını vurğulayan İvitsa Daçiç deyib ki, “Bu istiqamətdə görüləcək işlərə ölkədə köklü islahatlara başlanılması, demokratik cəmiyyətin formalaşdırılması, hüquqi dövlət quruculuğu, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi, qanun qarşısında bərabərlik, rüşvətxorluğa mübarizə kimi məsələlər daxildir”.

Baş nazirin sözlərinə görə, Serbiya regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verməyə davam edəcək.


Teqlər:  





Xəbər lenti