İran Yəmənə NOTA verdi

İran Yəmənə NOTA verdi
  19 Yanvar 2014    Oxunub:1153
Rəsmi Tehran Yəmənə iranlı diplomatın qətli ilə bağlı etirazını bildirib.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki,Yəmənin Tehrandakı səfiri paytaxt Səna şəhərində iranlı diplomatın qətli ilə bağlı etiraz bildirilməsi üçün İran Xarici İşlər Nazirliyinə çağırılıb.

İran XİN bəyan edib ki, beynəlxalq hüquqa uyğun olaraq, hökumət xarici diplomatların təhlükəsizliyinə görə məsuliyyət daşıyır.
Tehran Yəməni diplomatın qətlini araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Qeyd edək ki, yanvarın 18-də səhər saatlarında Yəmənin paytaxtı Səna şəhərində sui-qəsdə məruz qalaraq yaralanan iranlı diplomat xəstəxanaya yerləşdirildikdən sonra üzərində əməliyyat aparılan zaman dünyasını dəyişib.

İran KİV-lərinin məlumatına görə, ölən diplomat İranın Yəməndəki səfirliyinin Maliyyə idarəsinin rəhbəri olub. Silahlı qruplaşmanın üzvləri onu evinin qarşısında qaçırmaq istəyiblər. Lakin o, silahlılara müqavimət göstərib və yaralanaraq xəstəxanaya yerləşdirilib.


Teqlər:





Xəbər lenti