Neft Fondu Avropada investisiyalarını azaldıb

Neft Fondu Avropada investisiyalarını azaldıb
  16 İyul 2020    Oxunub:2484
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Avropa ölkələrinə investisiyalarını azaldıb, Asiya-Sakit Okean ölkələrinə isə artırıb.
Azvision.az Neft Fondunun 2020-ci ilin 6 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadən xəbər verir ki, bu il iyunun 30-na ARDNF-in investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 29,33 faizi Avropa təşkil edib.

İlin ilk rübünün sonuna olan məlumata görə, fondun coğrafi regionlar üzrə təsnifatında 33,16 faizi Avropa təşkil edirdi. Beləliklə də, cari ilin aprel-iyun aylarında Neft Fondu Avropa ölkələrinə investisiyalarını 3,83 faiz azaldıb.

Müqayisə olunan dövrdə Dövlət Neft Fondunun Asiya-Sakit Okean ölkələrinə investisiyaları isə artıb. Belə ki, cari ilin ikinci rübündə Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında bu ölkələrə investisiyalar ilk rübü ilə müqayisə 33,06 faizdən 35,53 faizə yüksəlib.

Azvision.az


Teqlər: ARDNF  





Xəbər lenti