Azərbaycan təbii qaz ixracını artırıb

Azərbaycan təbii qaz ixracını artırıb
  16 İyul 2020    Oxunub:2061
Yarım ildə ölkədən 6 milyard 599,2 milyon kubmetr təbii qaz ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 1 milyard 259,9 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 5 milyard 664,6 milyon kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri 1 milyard 47,6 milyon dollar olmuşdu.

Azvision.az



Teqlər: Qaz   İxrac  





Xəbər lenti