Təhsil Nazirliyindən
Azvision.az -a verilən məlumata görə, müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 24 nəfər bu ölkənin “Peking University”, “China University of Petrolium-Beijing”, “University of Science and Technology Beijing”, “Yanshan University”, “Xiamen University”, “Tsingua University” kimi ali təhsil müəssisələrində neft mühəndisliyi, proqramlaşdırma və kompüter elmləri, beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə bakalavriat (4 nəfər), magistratura (18 nəfər) və doktorantura (2 nəfər) səviyyələri üzrə təhsil almaq hüququ qazanıb.
Müvafiq təqaüd proqramı barədə elan cari ilin 28 noyabr tarixində verilib.
Azvision.az